Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda Formula-1-in Qran-Pri-si iyulun 17-də keçiriləcək
FİA (Beynəlxalq Avtomobil Federasiyası) 2016-cı il mövsümü üçün Formula-1 təqvimini təsdiqləyib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, gələn il çempionat ilk dəfə olaraq 21 mərhələdən ibarət olacaq.
2016-cı ildə aprelin ilk günlərində başlayacaq mövsüm Avstraliyanın Melburnunda keçiriləcək.
Digər ciddi dəyişikliklərdən Rusiya Qran-Prisi oktyabrda deyil, mayda keçiriləcək, Malayziya Qran-Prisi isə sentyabrın sonuna təyin edilib. 2016-cı ilin mövsümü çərçivəsində Formula-1 Qran-Prisi Azərbaycanda iyulun 17-də keçiriləcək.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər