Azərbaycanda keçirilməli olan iki beynəlxalq şahmat turniri təxirə salınıb.
Oxu.Az-ın xəbərinə görə, mayın əvvəllərində Naxçıvanda keçirilməsi nəzərdə tutulan “Nakhcivan Open” və 20-31 may tarixlərində Şəmkirdə baş tutmalı olan “ShamkirChess” turnirləri koronavirus səbəbindən təxirə salınıb.
Ənənəvi olaraq, dünya çempionu Maqnus Karlsenin və digər məşhur qrossmeysterlərin mübarizə apardığı Vüqar Həşimovun xatirəsinə həsr edilən Şəmkir turnirində beş şahmatçının iştirakı üçün razılıq da alınmışdı. Bunlardan ikisi Rusiya şahmatçıları idi.
Qeyd edək ki, daha əvvəl martın ortalarında başlamalı olan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı təxirə salınmışdı.
Səbuhi Musayev
Rəylər