Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.
Oxu.Az yarışların mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə solo yarışda gümüş medal qazanıb.
Bundan başqa, Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə solo yarışda üçüncü olub.
Qeyd edək ki, daha öncə Xanna Əliyeva gümüş medal da qazanmışdı.
Beləliklə, idmançılarımız turniri üç medalla başa vurublar.
Azərbaycan III MDB Oyunlarında daha bir medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, güllə atıcısı Xanna Əliyeva bürünc mükafat əldə edib.
O, 10 metr məsafəyə solo tapança ilə atəşaçmada üçüncü olub.