Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
Oxu.Az-ın xəbərinə görə, D liqasında mübarizə aparacaq Azərbaycan milli komandası püşkün nəticələrinə görə III qrupda yer alıb.
Qurban Qurbanovun yetirmələri Farer Adaları, Malta və Kosovo milliləri ilə qarşılaşacaq.
UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda yarışacaq. A və B liqalarının hər birinə 12, C liqasına 15, D liqasına isə 16 komanda daxil edilib.
Qrup mərhələsinin görüşləri bu ilin sentyabr-noyabr aylarında oynanılacaq.
D liqası
I qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan
II qrup: San Marino, Moldova, Lüksemburq, Belarus
III qrup: Kosovo, Malta, Farer adaları, Azərbaycan
IV qrup: Cəbəllütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya
Millətlər Liqasında digər liqalarda qrupların tərkibi belə olub:
A liqası
I qrup: Hollandiya, Fransa, Almaniya
II qrup: İslandiya, İsveçrə, Belçika
III qrup: Polşa, İtaliya, Portuqaliya
IV qrup: Xorvatiya, İngiltərə, İspaniya
B liqası
I qrup: Çexiya, Ukrayna, Slovakiya
II qrup: Türkiyə, İsveç, Rusiya
III qrup: Şimali İrlandiya, Bosniya və Herseqovina, Avstriya
IV qrup: Danimarka, İrlandiya, Uels
C liqası
I qrup: İsrail, Albaniya, Şotlandiya
II qrup: Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan
III qrup: Kipr, Bolqarıstan, Norveç, Sloveniya
IV qrup: Litva, Monteneqro, Serbiya, Rumıniya