Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın Paralimpiada ilə bağlı ilkləri açıqlandı
"Paralimpiadada 19 lisenziyaçıdan 11-i ilk dəfə belə mötəbər yarışa qatılacaq".
Oxu.Az xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin (MPK) İdman Şöbəsinin müdiri Şahvələd Vəliyev Azərbaycan İdman Akademiyasında Paris-2024 Yay Paralimpiya Oyunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
"Təlim-məşq toplanışları davam edir. Komandalarımız müxtəlif bölgələrdə hazırlıq keçirlər. Paralimpiadada ölkəmizi bacardığımız qədər layiqincə təmsil edəcəyik. 19 lisenziyaçıdan 11-i ilk dəfə belə mötəbər yarışa qatılacaq. Ümid edirik ki, təcrübəlilərlə yanaşı, onlar da uğur qazanacaqlar".
Qurumun baş katibi Toğrul Rəhimov isə bildirib ki, Paralimpiadada ilk dəfə yeddi növdə təmsil olunacağıq:
"Növbəti hədəfimiz Milanda keçiriləcək Qış Paralimpiya Oyunlarıdır. 2026-cı ildə ölkəmizi orada yüksək şəkildə təmsil etməyi planlaşdırırıq. Həmçinin, Uşaq Paralimpiya İdman Oyunları keçirilib və 700 nəfər iştirak edib. Əsas məqsədimiz uşaqlar arasında da paralimpiya növlərini geniş şəkildə yaymaqdır".
Tədbirdə komitənin yeni saytının da fəaliyyətə başlayacağı bildirilib.
Qeyd edək ki, avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək Paris Paralimpiadasında Azərbaycan 19 paralimpiyaçı ilə təmsil olunacaq.
Anar Həsənov
"Azərbaycan Milli Paralimpiya Komitəsi" teqi üzrə xəbərlər
- Əhməd Cavadın nəticəsinə vəzifə verildi
- Sumqayıt şəhəri Uşaq Paralimpiya Oyunlarına ev sahibliyi edəcək
- Kəndlərdən olimpiya çempionları "çıxaranlar": "Qolumu itirdiyimi gördükdə məni idmana dəvət etdi"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paris-2024 Paralimpiya oyunlarında bayraqdarlarımız məlum olub
Rəylər