Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 bürünc medal qazanıblar.
Oxu.Az xəbər verir ki, M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib çıxmışdı.
Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçuları Ermənistan təmsilçilərini məğlub edərək yarımfinala yüksəliblər
- Qubada Avropa Kuboku başa çatıb: Azərbaycan cüdoçuları 18 medal qazanıblar
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar
- "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Elmar Qasımov bu gün mübarizəyə qoşulacaq
- Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal qazanıb