Azərbaycanın qadınlardan ibarət voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Azərbaycan millisinin yekun heyəti:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova.
Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova.
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva.
Liberolar: Yuliya Kərimova, Bəyaz Quliyeva, Ceyran İmanova.
Baş məşqçi: Faiq Qarayev.
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.