Millimizin hücumçusu Ramil Şeydayevin yenidən heyətinə qayıtdığı “Trabzonspor” Sloveniyada növbəti sınaq matçına çıxıb.
Oxu.Az xəbər verir ki, Qara dəniz təmsilçisi Xorvatiya klubu “Lokomotiva” ilə qarşılaşıb.
Qarşılaşma “Trabzonspor”un Zaqreb təmsilçisi üzərində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 67-ci dəqiqədə hesab 0:0 olarkən Yusuf Yazıcının yerinə oyuna daxil olub. O, 75-ci dəqiqədə matçın yeganə qoluna imza ataraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, 17 yaşadək millimizdə çıxış etmiş Murat Cem Akpınar da bu görüşün iştirakçısı olub. O, görüşə start heyətində başlayıb və 53-cü dəqiqədə Cafer Tosunla əvəzlənib.
S.M.
www.oxu.az