AFFA İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az diqqətçəkən qərarları təqdim edir:
I divizionun IV turunun “Sumqayıt-2” – MOİK və “Ağsu” – “Neftçi-2” matçlarında meydan sahibləri oyun protokolunu vaxtında tərtib etmədiklərinə görə 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Kəpəz” matçında hər iki komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunub.
MOİK – “Keşlə” matçında oyunun videoçəkilişini aparmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.
U-14 Liqasında “Ağsu” klubunun baş məşqçisi Sönməz Quliyev AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətdiyi və fiziki güc tədbiq etməyə cəhd etdiyinə görə 15 oyun cəzalanıb.