Tailandın Pattaya şəhərində keçirilən çempionatda dünyanın 34 ölkəsindən 7-17 yaş arası məktəblilər iştirak ediblər.
Təhsil Nazirliyindən Oxu.Az-a bildiriblər ki, Azərbaycanı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 12 şahmatçısından ibarət komandası təmsil edib.
Yarışın nəticələrinə əsasən, şahmatçımız Leyla Budaqova 7 yaşadək qızlar arasında klassik şahmat və blits üzrə 2 qızıl medal, Şəhriyar İsgəndərov 15 yaşadək, Murad İbrahimli isə 13 yaşadək oğlanlar arasında blits üzrə qızıl medallar qazanıblar. Beləliklə, Azərbaycanın məktəbli şahmatçıları ümumilikdə 4 qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə arasında ikinci yeri tutublar.