Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanlı veteran cüdoçu 65 yaşında 12-ci dəfə dünya çempionu olub
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
Oxu.Az xəbər verir ki, Fərhad Rəcəbli ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.
Azərbaycanlı veteran cüdoçu 65 yaşında 12-ci dəfə dünya çempionu olub

"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Zelim Tçkayev Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirinə qatılmayacaq
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə altı medal qazanıblar
- "Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar
- Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin proqramı müəyyənləşib
- Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə yarışlarının püşkatma mərasimində iştirak edəcəklər
Ən çox oxunanlar