59 kq çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edib. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə millimizin üzvü qələbəni bayram edib - 7:6.
Pəhləvanımızı finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Muxtarov 3-cü yer uğrunda döyüşdə ermənistanlı Roman Amoyanla güləşəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
14:01
71 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev arenaya toplaşan azarkeşlərə sevinc bəxş edib. O, rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. "Neftçi İdman Klubu"nun üzvü Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirib.
80 kq çəkidə mübarizə aparan və ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu xalçaya dəvət edib.
O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq mübarizəni yarımfinalda davam etdirəcək.
Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb - 9:0
98 kq çəkidə güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançı təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.
Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3.
13:10
Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb.
Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.
Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə millimizin üzvü qələbəni bayram edib - 7:6.
Pəhləvanımızı finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
12:29
59 kq çəkidə dünya və ikiqat Avropa çempionu Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb.
Oxu.Az xəbər verir ki, hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdə rəqibi norveçli Stiq-Andre Berqdir.
Digər görüşdə 71 kq çəkidə mübarizә aparan Rәsul Çunayev moldovalı Kataraqa Daniellә görüşüb. İdmançımız 7-6 hesabı ilə qalib gəlib.
98 kq çəkidə ölkəmizi təmsil edən Rafiq Hüseynov isә avstriyalı Vaqner Mayklla üz-üzә gәlib. Rafiq Hüseynov 11-0 hesabı ilə qələbə qazıb.
98 kq çəkidə 20 yaşlı Orxan Nuriyev təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.
Beləliklə, güləşçilərimiz növbəti mərhələlərə yüksəliblər.
10:29
İyunun 13-də Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.
Oxu.Az xəbər verir ki, hazırda Heydər Əliyev adına İdman Arenasında 59, 71, 80 və 98 kq çəki dərəcələrində çıxış edən güləşçilərin təsnifat yarışları davam edir.
Millimiz bütün çəki dərəcələrində təmsil olunur.
Yarışlardan canlı yayımı təqdim edirik.
www.oxu.az