Avropa Oyunlarında basketbolun 3X3 növünün qrup oyunları başlayıb.
Oxu.Az xəbər verir ki, qadın basketbolçularımız ilk görüşündə İsveçrəyə 15-11 məğlub olub.
Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparacaq.
Komandamız bu gün iki oyun keçirəcək. Öncə 19:55-də Çexiya ilə qarşılaşacaq millimiz 21:35-də İsveçrə önünə çıxacaq.
E.Ə.
www.oxu.az