Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadınlar arasında çimərlik voleybolu yarışlarına start verilib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan bu yarışda 2 komanda ilə təmsil olunur.
Vivyan Kunya və Zinaida Lyubimovadan ibarət komanda A qrupunda, Yuliya Kərimova və Rakel Ferreyradan ibarət kollektiv isə H qrupunda mübarizə aparır.
Bu gün cütlüklərimiz iki görüş keçiriblər.
Vivyan Kunya və Zinaida Lyubimova Danimarka təmsilçiləri Eva Banq və Sesilie Olsen üzərində qələbə qazansa da, ikinci matçda bunun ardını gətirə bilməyib. Komandamız avstriyalı voleybolçular - Maria Lena Plesiutşniq və Katarina Şutzenhoferə uduzub.
Yuliya Kərimova və Rakel Ferreyra isə yarışa uğurlu start götürüblər. Onlar əvvəlcə Polşa təmsilçiləri Katarjina Koçiolek və Dorota Straqu, daha sonra isə ukraynalılar Daria Udovenko və Yelizaveta Sulimanı məğlubuyyətə uğradıblar.
14:16
I Avropa Oyunlarında çimərlik voleybolu üzrə oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Polşa komandası ilə qarşılaşıb.
H qrupunda keçirilən görüş yerli komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millinin növbəti görüşü Ukraynaya qarşı olacaq. Matç saat 21:00-da start götürəcək.
12:34
Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında çimərlik voleybolu yarışlarına başlanılıb.
Oxu.Az xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışda Azərbaycanın iki qadın cütlüyü mübarizə aparacaq.
Belə ki, Yuliya Kərimova/Raquel Ferreira Polşanı təmsil edən Katarjina Koçiolek/Dorota Strag cütünə, Vivian Cunha/Zinaida Lyubimova isə danimarkalı Yeva Bang/Sisilie Olsen duetinə qarşı yarışacaq.
A qrupu
13:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) – Eva Banq/Sesilie Olsen (Danimarka)
22:00. Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) - Maria Lena Plesiutşniq/Katarina Şutzenhofer (Avstriya)
H qrupu
12:00. Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) – Katarjina Koçiolek/ Dorota Straq (Polşa)
21:00. Yuliya Kərimova/Rakel Ferreyra (Azərbaycan) - Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna)
E.Ə.