IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirində Azərbaycan millisi yarımfinala yüksəlib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, qrupda son oyununu Mərakeş yığmasına qarşı keçirən komandamız meydandan sülhlə ayrılıb - 0:0.
Ümumilikdə 3 oyundan 5 xal qazanan millimiz bu nəticə ilə qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
S.B.
www.oxu.az