Azərbaycanın cüdo üzrə kişilərdən ibarət komandası İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, görüşü izləyənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Mehriban Əliyeva da olub.
Görüşdə azərbaycanlı cüdoçular Əlcəzair təmsilçilərini məğlub edərək birinciliyə yüksəliblər.
Gümüş medala Əlcəzair yığması, bürünc medallara isə Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.
Qaliblərə medalları Azərbaycan prezidenti İlham Əliyev təqdim edib
Oxu.Az yarışdan fotoreportajı təqdim edir :
İsmayıl Nur