“Keşlə” FK 13 futbolçu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, Bakı klubunun rəhbərliyi 13 futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edib.
Həmin futbolçular arasında iki qapıçı - Davud Kərimi və Kamran Ağayev də var. Beləliklə, həmin futbolçular bunlardır: Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Qirdvaynis, Denis Silva Kruz, Nikola Mitroviç, Jonatan Ayite, Andre Klenon, Valeri Kutsenko və Anxelo Penya.
Qeyd edək ki, ilk dəfə “Keşlə” adı ilə çıxış edən Bakı klubu baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında Premyer Liqada 23 xalla sonuncu – VIII sıranı tutub.
Bununla belə, AFFA Lisenziya Komissiyası komandanın növbəti mövsüm də elitada çıxış edəcəyinə dair qərar çıxarıb.
Səbuhi MUSAYEV