UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Vestri" oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. Qarşılaşmadan sonra "Gənclik" stansiyasında hərəkət xüsusi qaydada tənzimlənəcək.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.