Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Pit Heqsetin bu həftənin çərşənbə günü İsrailə həyata keçirilməsi nəzərdə tutulan ilk rəsmi səfəri təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı özəl mənbələrinə istinad edən "The Jerusalem Post" (JPost) nəşri yayıb.
Bildirilib ki, qısa səfər zamanı Heqsetin İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə görüşləri gözlənilirdi.
Hazırda Heqset ABŞ Prezidenti Donald Trampla birlikdə Ankarada NATO sammitindədir. İsrailə planlaşdırılan səfər ABŞ-nin İrana qarşı bərpa etdiyi zərbələr kontekstində həyata keçirilməli idi.
Nəşr bu səfərin ləğv olunmasının səbəbləri barədə məlumat vermir.
Bundan əvvəl ABŞ müdafiə nazirinin Yaxın Şərq ölkəsinə səfər edəcəyi ilə bağlı CNN telekanalı da xəbər yaymışdı.
Məlumata görə, səfər İsrail rəhbərliyinin "F-35" qırıcı təyyarələrinin Türkiyəyə ehtimal edilən satışı ilə əlaqədar yaranmış narahatlıqlarını aydınlaşdırmaq və aradan qaldırmaq məqsədi daşıyırdı.