ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Kentukki ştatından olan respublikaçı Tomas Masi hərbi nazir Pit Heqset barəsində impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə layihəsini həmkarlarının müzakirəsinə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Masi Konqresin aşağı palatasında çıxışı zamanı sənədin bəzi müddəalarını açıqlayıb.
Qətnamədə Heqsetin İrana qarşı müharibənin başlanması ilə bağlı qanunsuz əmrləri bilərəkdən yerinə yetirdiyinə görə vəzifəsindən kənarlaşdırılmalı olduğu bildirilir.
Konqresmen qeyd edib ki, bu addım Konqresin razılığı olmadan və İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığı şəraitdə atılıb.
Qətnamə layihəsi üzrə səsvermənin yaxın günlərdə keçirilməsi mümkündür.