"Sabah"ın UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyü hazır vəziyyətə gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BOS-un sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində ilk ev matçına oktyabrın 13-də çıxacaq. Liqa mərhələsinin II turuna təsadüf edəcək görüşdə rəqib Çexiyanın "Slaviya Praqa" komandası olacaq.
Qaynar xətt:
(055) 224 12 12