Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya oyununun təşkil olunacağı stadion müəyyənləşib.
AFFA-dan Oxu.Az-a verilən məlumata görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan-İtaliya qarşılaşması Olimpiya Stadionunda keçiriləcək ilk matç olacaq. Oyun oktyabrın 10-da baş tutacaq.