Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa Cüdo Ümidləri" turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın sonuncu günündə daha 16 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
U-13 və U-15 yaş kateqoriyalarında keçirilən ikigünlük yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir çərçivəsində Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Kazuhiko Tokunonun rəhbərliyi ilə texniki sessiyalar da baş tutub.
Sonuncu yarış gününün mükafatçılarını təqdim edirik:
U-13
Oğlanlar
30 kq
1. Mehdi Əlişov;
2. Yunis Məmmədli;
3. Bəhman Xəlilov;
3. Nihad Mustafayev.
34 kq
1. Ramal Məmmədov;
2. Hacımurad Mustafazadə;
3. Zadir Rzalı;
3. Firudin Şərifzadə.
38 kq
1. Yusif Səmədzadə;
2. Rahib İbadov;
3. Hüseyn Nağıyev;
3. Əli Əliyev.
42 kq
1. Əli Qurbanlı;
2. Fəxrim Məhərrəmov;
3. Sənan Mirzəzadə;
3. Mikayıl Xələfov.
Qızlar
32 kq
1. Gülay Ağayeva;
2. Aliyə Qulubəyova.
36 kq
1. Mehparə Həsrətzadə;
2. Gülşən İmanova;
3. Ayan Əliyeva.
40 kq
1. Nərgiz Fərzəliyeva;
2. Ayla Məmmədli;
3. Zeynəb İsgəndərli;
3. Aydan Şahbazova.
U-15
Oğlanlar
55 kq
1. Rəhim Əliyev;
2. Büsat Şahmurov;
3. Yusif Qurbanov;
3. Ayxan Abbaszadə.
60 kq
1. Fərhad Quliyev;
2. Murad Nəzərzadə;
3. Nuru Sadıqzadə;
3. Aqşin Bayramov.
66 kq
1. Hüseyn Hüseynov;
2. Moritz Şmidt (Almaniya);
3. İman Mösümov;
3. Araz Vəliyev.
73 kq
1. Məhəmmədəli Mehdi;
2. Tuncay Ağazadə;
3. Davud Bayramov;
3. Əli Qulamlı.
+73 kq
1. Arian Markoviç (Xorvatiya);
2. Camal Bünyatov;
3. Sabir Bərxudarlı;
3. Baxış Əhmədov.
Qızlar
57 kq
1. Zöhrə Ağazadə;
2. Əfsanə Salmanlı;
3. Arzu İmanzadə.
63 kq
1. Türkan Məmmədli;
2. Əsnat Mehdiyeva;
3. Zümrüd Əliyeva;
3. Qönçə Məmmədli.
70 kq
1. Aidə Manaflı;
2. Əsnad İlyasova.
+70 kq
1. Aisə Jestikina.