Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 22-dən satışa çıxarılmış biletləri daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları əldə ediblər.
Həmçinin, İspaniya, Niderland, Danimarka, Fransa, Norveç və s. ölkələrin azarkeşləri çoxluq təşkil edir. Tamaşaçılar daha çox tribuna (“grandstand”) zonasına maraq göstərirlər.
Biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90-160 manat, üçgünlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manatadır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
Xatırladaq ki, ötən il COVID-19 pandemiyası səbəbindən yarış tamaşaçısız keçirilib.