Bakıda keçiriləcək ilk UFC turnirinin ulduz qonaqları artıq məlumdur.
Oxu.Az xəbər verir ki, UFC-nin superyüngül çəki dərəcəsində çempionu, gürcü döyüşçü Merab Dvalişvili və keçmiş yarımorta çəki üzrə çempionu, amerikalı döyüşçü Belal Muhammad Bakıda təşkil olunacaq turnirin ulduz qonaqları olacaqlar.
Turnir 21 iyun tarixində "Baku Crystal Hall"da baş tutacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.