Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Dünya çempionatı: Çexiya - BƏƏ oyununda 11 qol vuruldu
Çexiya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib.
Oxu.Az xəbər verir ki, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Çempionatın ikinci gününün son qarşılaşması Avropa təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər matçında Gürcüstan yığması Argentina millisini 6:1 hesabı ilə məğlub edib. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsini vaxtından əvvəl təmin ediblər.
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Tailand İndoneziya yığmasına qalib gəlib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan E qrupunun II turunun matçında birincilər 4:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, bu qrupun digər görüşündə Monteneqro Kosta-Rikanı 9:0 hesabı ilə məğlub edib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, E qrupunun Milli Gimnastika Arenasında baş tutan görüşündə Monteneqro yığması Kosta-Rika millisini darmadağın edib.
Qarşılaşma avropalıların 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qrupun digər matçında, saat 20:45-də Tailand - İndoneziya yığmaları üz-üzə gələcəklər.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki,, H qrupunun II turunda İspaniya yığması Serbiya ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma serblərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupun digər görüşündə İsrai Qanaya 4:0 hesabı ilə qalib gəlib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada Gürcüstan və Argentina milliləri üz-üzə gəliblər.
G qrupunun oyununda Avropa təmsilçisi Cənubi amerikalıları 6:1 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, ilk turda Gürcüstan BƏƏ-ni (2:0), Çexiya isə Argentinanı məğlub (2:1) edib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında F qrupunun Bosniya və Herseqovina - Qazaxıstan yığmaları arasında keçirilən matçında tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.
Xatırladaq ki, ilk turda Polşa Qazaxıstana 2:1, Bosniya və Herseqovina isə ABŞ-yə 4:2 hesabı ilə qalib gəliblər.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada ABŞ və Polşa yığmaları üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında qapılara qol vurulmayıb.
Xatırladaq ki, ilk turda Polşa Qazaxıstandan 2:1, Bosniya və Herseqovina isə ABŞ-dən 4:2 hesabı ilə üstün olub.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının dördüncü gününün ilk oyunu yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada H qrupunun II turu çərçivəsində Qana yığması İsrail ilə üz-üzə gəlib.
Matç İsrailin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda Qana İspaniyaya, İsrail isə Serbiyaya məğlub olub.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının dördüncü günündə daha 8 qarşılaşma baş tutacaq.
Oxu.Az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın dördüncü gününə Qana - İsrail oyunu ilə start veriləcək.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
24 may
Saat 12:45, Qana - İsrail;
Saat 14:00, ABŞ - Polşa;
Saat 15:15, Bosniya və Herseqovina - Qazaxıstan;
Saat 16:30, Gürcüstan - Argentina;
Saat 18:15, İspaniya- Serbiya;
Saat 19:30, Monteneqro - Kosta-Rika;
Saat 20:45, Tailand - İndoneziya;
Saat 22:00, BƏƏ - Çexiya.
"Minifutbol üzrə dünya çempionatı 2025" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində