AVRO-2020-nin Bakıda keçirilən üçüncü oyununun tamaşaçı sayı bəlli olub.
Oxu.Az xəbər verir ki, A qrupunun III turunun İsveçrə – Türkiyə qarşılaşmasını (3:1) 17 138 tamaşaçı izləyib.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda baş tutan matçlardan Uels – İsveçrə (1:1) qarşılaşmasında 8 782, Türkiyə – Uels oyununda (0:2) 19 762 azarkeş qeydə alınmışdı. Bu isə o deməkdir ki, üç matçda ümumilikdə Bakıda 45 682 azarkeş matçı stadiondan izləyib. Artıq qrup sonuncusu olaraq AVRO-2020 ilə vidalaşan Türkiyə millisinin son iki matçına isə ümumilikdə 36 900 azarkeş stadiondan baxıb.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda 1/4 final matçlarından biri keçiriləcək.