"Barselona" klubunun heyətində ciddi itki baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klubun 22 yaşlı hücumameyilli yarımmüdafiəçisi Fermin Lopesin sağ ayağında zədə aşkarlanıb. Gənc oyunçu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Fermin Lopes bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 13 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
