"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveş kilsədə xütbə verməyə başlayıb.
Oxu.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu Jirona şəhərindəki kilsələrin birində xütbə verərkən görüntülənib.
Alveşin kilsəyə gələnlərə dini məsələlər ilə bağlı müraciət etdiyi bildirilir.
Xatırladaq ki, Alveş cinsi zorakılığa görə 14 ay həbsdə qalmışdı.