Dünən Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində “Qarabağ” futbol klubunun “İnter”lə qarşılaşmasını izləyənlərdən biri də aktyor Bəhram Bağırzadə olub.
Oxu.Az xəbər verir ki, oyunun sonunda “Qarabağ”ın “İnter”in qapısına vurduğu qolun sevincindən Bəhram Bağırzadə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, “Qarabağ” klubunun “İnter”lə görüşünün baş hakimi Miroslav Zelinka matçın son dəqiqələrində Riçard Almeydanın vurduğu qolu qeydə almayıb.
Elvin Əhmədov
www.oxu.az