Bu gün saat 13:00-da “Qarabağ” Futbol Klubunun bazasında mətbuat konfransı keçiriləcək.
Futbol Klubundan Oxu.Az-a verilən məlumata əsasən, mətbuat konfransında klub prezidenti Tahir Gözəl də iştirak edəcək.
Konfransda “Qarabağ”ın “İnter”lə son qrup oyunu və həmin görüşdəki hakim idarəçiliyinin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” klubunun “İnter”lə görüşün baş hakimi Miroslav Zelinkanın matçın son dəqiqələrində Riçard Almeydanın vurduğu qolu hesaba almaması ilə bağlı UEFA-ya şikayət edəcəyi gözlənilir.