Belçika milli komandasının yarımmüdafiəçisi Yuri Tilemans futbol üzrə dünya çempionatları tarixində ən gec vurulan qola imza ataraq yeni rekord müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
Seneqal yığmasına qarşı keçirilən 1/16 final mərhələsinin oyununda futbolçu görüşün 124-cü dəqiqə 44-cü saniyəsində penaltini dəqiq yerinə yetirib. Bu qələbə qolu sayəsində belçikalılar əlavə vaxtda 3:2 hesabı ilə üstünlüyü ələ alıblar.
Qazanılan bu qalibiyyət nəticəsində Belçika millisi turnirin 1/8 finalına vəsiqə qazanıb və bu mərhələdə ABŞ yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ seçməsi Bosniya və Herseqovinanı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.