Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Benfika" Fatih Terimin yerinə başqa məşqçini seçdi
Fatih Terimin Portuqaliyanın "Benfika" klubuna baş məşqçi postuna keçidi gözlənilsə də, bundan fərqli olaraq komanda onun əvəzinə öz yerlisi Bruno Lage ilə anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın "sükan"ı portuqaliyalı mütəxəssis Bruno Lageyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək olan müqavilə imzalanıb.
48 yaşlı Lage 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayına qədər də "Benfika"nın baş məşqçisi olub. O, daha əvvəl 6 ay "Benfika B"yə rəhbərlik edib.
Lagedən əvvəl "Benfika"nın baş məşqçisi sentyabrın 1-də "Moreyrense" ilə 1:1 hesablı heç-heçədən sonra klubu tərk edən Rocer Şmidt olub.
"Benfika FK" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələcək daha dörd komanda bəlli olacaq
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlandı
- UEFA Çempionlar Liqası: Pley-off mərhələsinin ilk görüşlərinə dörd oyunla yekun vurulacaq
- UEFA Çempionlar Liqası: "Barselona" son dəqiqələrdə "Benfika"nı üstələdi
- "Benfika" klubunun ulduz futbolçusu Kerem Aktürkoğlu nişanlanıb