Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Benzema “Qızıl top”dan məhrum edilə bilər
Marsel şəhərinin vitse-meri Valeri Boyer “X” platformasında Fransa millisinin keçmiş hücumçusu Kərim Benzemanı ölkə vətəndaşlığından və “Qızıl top”dan məhrum etməyə çağırıb.
“Biz ikili vətəndaşlığı olan dünyaca məşhur bir fransızın ölkəmizi bu şəkildə biabır etməsini, hətta xəyanətə yol verməsini qəbul edə bilmərik”, - Boyer bildirib.
Oktyabrın 18-də Fransanın daxili işlər naziri Jerald Darmanin də Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.
Xatırladaq ki, futbolçu İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə edib. O, “X” platformasındakı hesabında bombardmandan zərər çəkmiş Qəzza xalqı üçün dua etdiyini yazıb.
Qeyd edək ki, 34 yaşlı Benzema 2023/2024 mövsümündən Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol komandasının rənglərini qoruyur.
Mənbə: lenta.ru
"Fələstin" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR
- Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi
- "Haber Global": "Səudiyyə Ərəbistanı Trampın yalanını üzə çıxardı"
- İsrail 180-dən çox fələstinli məhbusu azad edib