“Real”ın uelsli futbolçusu Qaret Beyl sabah "Barselona" ilə keçiriləcək oyuna hazırdı.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatına açıqlamasında madridlilərin baş məşqçisi Zinəddin Zidan bildirib.
Fransalı çalışdırıcı zədəsini tam sağaldaraq sıraya dönən Beylin adının “El-Klasiko”nun iştirak ərizəsinə daxil ediləcəyini bildirib: “Qaret sabah bizimlə olacaq. Start heyətində yer alıb-almayacağına isə hələ qərar verməmişəm".
Qeyd edək ki, La Liqanın XXXIII turu çərçivəsində baş tutacaq “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.
S.S.
www.oxu.az
Rəylər