Ötən il avqust ayının 18-də Türkiyədə qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin yeni videosu yayılıb.
Oxu.Az-ın məlumatına görə, “GoldNews.az”a daxil olan görüntülərdən bəlli olur ki, video 1993-cü il iyunun 13-də Masallıdakı toy məclislərinin birində çəkilib.
Həmin videoda Lənkəranskinin əvvəlcə toy mərasiminə nəmər saldığı, daha sonra isə məclisdən çıxdığı görünür.
Qeyd edək ki, məşhur kriminal avtoritet İstanbulda 90-NO-011 Azərbaycan dövlət nömrə nişanlı avtomobilində güllələnərək qətlə yetirilib.
S.B.
www.oxu.az