Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi Olimpiya təsnifat müddətinin vaxtını uzadıb.
Oxu.Az xəbər verir ki, lisenziya xalı verən dörd yarış ləğv olunduğundan, mayın 30-dək olan müddət daha bir ay müddətinə artırılıb.
İndi idmançıların Olimpiadaya vəsiqə qazanmasına iyunun 30-dək olan reytinq sıralamasından sonra aydınlıq gələcək.
Bundan başqa, aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün qitə çempionatları təxirə salınıb. Bura Afrika (16-19 aprel), Asiya-Okeaniya (17-18 aprel) və Panamerika çempionatları (17-19 aprel) çempionatları aiddir. 1-3 mayda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatı barədə isə hələ ki qərar qəbul edilməyib.
Həmçinin, aprelin 30-dək keçirilməli olan bütün yeniyetmə və gənclərin yarışları ləğv olunub.
Səbuhi Musayev