Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beynəlxalq dərəcəli hakim Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
Beynəlxalq dərəcəli referi Asim Xudiyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - "Makkabi" (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Oxu.Az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən "CFR Kluj" stadionunda reallaşacaq.
Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.
"Asim Xudiyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar