Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti istefa verdi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası qurumun prezidenti Tomas Baxın istefa ərizəsini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə BOK-un saytında məlumat paylaşılıb.
T.Baxın istefası iyunun 23-də, səlahiyyətlərin BOK-un yeni rəhbərinə ötürülməsi baş tutanda qüvvəyə minəcək. BOK-a yeni prezident seçkisi martın 20-də Yunanıstanda təşkilatın 144-cü sessiyası çərçivəsində keçiriləcək. Bu vəzifəyə yeddi namizəd iddialıdır.
Qeyd edək ki, T.Bax 2024-cü ilin avqustunda yeni müddətə təkrar seçilməyəcəyini elan etmişdi. 71 yaşlı T.Bax 1991-ci ildən BOK-un üzvüdür. O, təşkilata 2013-cü ildən başçılıq edir.
"Beynəlxalq Olimpiya Komitəsi (BOK)" teqi üzrə xəbərlər
- Beynəlxalq Olimpiya Komitəsinin tarixində ilk qadın prezident seçildi
- Boksun olimpiadanın proqramında qalması ilə bağlı qərar verildi
- Tomas Bax BOK-un ömürlük fəxri prezidenti olacaq
- Məşhur yazıçı Trampın transgenderlərlə bağlı sərəncamını dəstəkləyib
- Beynəlxalq Olimpiya Komitəsindən Azərbaycan idmançılarının medalları ilə bağlı AÇIQLAMA