Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Oğuza yağan qar fermerləri sevindirdi: "Ziyanvericilər tələf oldu, məhsuldarlıq artacaq"
Oğuz rayonuna yağan qar fermerlərin sevincinə səbəb olub.
Belə ki, fevralın 20-nə qədər siçanabənzər gəmiricilər taxıl sahələrinə ziyan vururdu. Bunun səbəbi havanın quraq keçməsi ilə əlaqədar idi. Qarın yağması və temperaturun aşağı düşməsi isə gəmiricilərin məhvinə səbəb olub.
Fermerlər artıq fürsətdən istifadə edərək əkin sahələrini gübrələməyə başlayıblar.
"180 hektara yaxın sahədə taxıl əkmişəm. Ziyanvericilərə qarşı iki dəfə dərmanlama işləri aparsaq da, bir xeyri olmamışdı. Qarın yağması bizim üçün sürpriz oldu. Zərərvericilər tamamilə tələf oldu, məhsuldarlıq artacaq", - deyə fermer Elşad İsmayılov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Şuşada Novruz bayramına özəl möhtəşəm konsert proqramı keçirildi
- Qədim adəti yaşadan Ərəbşalbaş kəndi: Qapılara qırmızı kəlağayı niyə bağlanır?
- Pinqvinlərlə yaşayan sakinlərin şəhəri - Keyptaun
- Metronun "20 Yanvar" stansiyasındakı terrorun şahidi DANIŞDI: "Düşündüm ki, ayaqlarım yoxdur"
- Xronika: "Sasani sarayında tayfaların iclasında ermənilərin köçkünlər olduğu təsdiqlənir"