Braziliya futbolçuları 2022 Dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Uruqvaya 4:1 hesabı ilə qalib gəliblər.
Braziliyanın heyətində Neymar (11-ci dəqiqədə), Rafinya (19, 59-cu dəqiqələrdə) və Qabriel Barbosa (85-ci dəqiqədə) fərqlənməyi bacarıb.
Uruqvayın yeganə qolunu isə oyunun 77-ci dəqiqəsində Luis Suarez vurub.
Braziliya Uruqvayı darmadağın etdi, Argentinadan minimal hesablı qələbə - VİDEO
Turnir cədvəlində ilk pillədə 31 xalla Braziliya millisi qərarlaşıb.
Argentinalılar 25 xal toplayaraq ikinci yeri tutur.
Ekvador millisi isə 17 xalla ilk üçlüyü qapayır.
Rəylər