Böyük Britaniya mediası Bakının Avro 2020 qrup mərhələsi və pley-off oyunlarına ev sahibliyi edəcəyini yazıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Britaniya mediası hansı şəhərlərin futbol üzrə Avropa Çempionatı-2020-nin oyunlarına ev sahibliyi edəcəyi barədə məlumat yayıb.
Alınan xəbərə görə, yarımfinallar və final çox güman ki, Londona həvalə olunacaq.
Qeyd edək ki, İngiltərə paytaxtı iki dəfə böyük beynəlxalq yarışların finalını qəbul edib: 1966-cı ildə DÇ-nin, 1996-cı ildə AÇ-nin.
Britaniya mediası qrup mərhələsi və pley-off oyunlarının Bakı, Brüssel, Kopenhagen, Münhen, Budapeşt, Yerusəlim, Roma, Bilbao, Kardiff, Amsterdam, Sofiya və Stokholma həvalə olunacağını bildirib.
Bu şəhərlərin hər birinin neçə oyunu qəbul edəcəyi hələlik məlum deyil.