Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bu gün Azərbaycan klublarından bəziləri yoxlama oyunları keçirəcəklər
Bu gün Azərbaycan klublarından bəziləri Premyer Liqada mövsümün ikinci yarısına hazırlıq məqsədilə yoxlama oyunları keçirəcəklər.
Oxu.Az xəbər verir ki, günün ilk matçı Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq.
"Sabah" və "Şamaxı" kollektivləri arasında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Ardınca "Qarabağ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Azərsun Arena"nın köməkçi meydanındakı görüş 15:30-da start götürəcək.
Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Turan Tovuz" isə Özbəkistanın "Paxtakor" klubunun müqavimətini qırmağa çalışacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
Qeyd edək ki, daha əvvəl yoxlama matçlarında "Zirə" "Şamaxı"nı 3:1, "Qarabağ" isə "Kəpəz"i 5:1 hesabı ilə üstələyib. Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" isə Rumıniyanın "Qloriya" (Buzeu) komandasına 0:2 hesabı ilə uduzub.
"Azərsu ASC" teqi üzrə xəbərlər
- Qurban Qurbanov Juninyonun transferindən DANIŞDI
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
Rəylər