Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”la “Valletta” qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, oyun saat 21.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Qeyd edək, ki “Qarabağ” baş tutacaq matça ciddi itkilərlə çıxacaq. Qol.Az-ın xəbərinə görə, Ağdam təmsilçisinin futbolçuları Rəşad Sadıqov və Maksim Medvedev zədə səbəbindən həmin qarşılaşmanı buraxacaqlar. Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi keçirilən mətbuat konfransında deyib.