Oxu.Az-ın "TOP-al" podkastının növbəti buraxılışında UEFA Çempionlar Liqasının finalı ətrafında ən çox müzakirə olunan məqamlara toxunulub.
Podkastda Budapeştdə, "Puşkaş Arena"da baş tutacaq PSJ ilə "Arsenal" arasındakı həlledici qarşılaşma fərqli rakurslardan analiz edilib. Verilişdə London təmsilçisinin illərdir arzuladığı kuboka nə qədər yaxın olduğu, PSJ-nin isə Luis Enrikenin rəhbərliyi altında qurduğu layihənin Avropada hansı səviyyəyə çatdığı müzakirə olunub.
Podkast zamanı komandaların psixoloji durumu, final təzyiqi, lider futbolçuların rolu və məşqçilərin oyun planı ətrafında maraqlı fikirlər səsləndirilib. Eyni zamanda, Çempionlar Liqasının son illərdə necə dəyişdiyi və müasir futbolda sistemin fərdi ustalığı nə qədər üstələdiyi barədə debat aparılıb.
Buraxılış futbolsevərlər üçün həm finalöncəsi geniş analiz, həm də fərqli baxışlarla zəngin maraqlı müzakirə vəd edir: