Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Çempionlar Liqasının qrup mərhələsinin II turun oyunları – Nəticələr
Türk dünyasının bütün futbol azarkeşlərinin diqqəti İtaliyanın Turin şəhərinə yönəlmişdi.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, burada yerli “Yuventus” İstanbulun “Qalatasaray” klubunu qəbul edirdi.
“Qalatasaray”ı oyuna italiyalı yeni baş məşqçisi Roberto Mançini çıxarmışdı. 78-ci dəqiqəyədək görüşdə 1:0 hesabı ilə irəlidə olan türklər daha sonra bir-birinin ardınca 2 top buraxıblar. Amma 88-ci dəqiqədə Umud Bulud komandasını məğlubiyyətdən xilas edib. Beləcə bu oyunda qalib müəyyənləşməyib - 2:2.
A qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Mançester Yunayted” (İngiltərə) - 1:1
“Bayer” (Leverkuzen, Almaniya) – “Real Sosyedad” (İspaniya) - 2:1
B qrupu
“Real” (Madrid, İspaniya) – “Kopenhagen” (Danimarka) - 4:0
“Yuventus” (İtaliya) – “Qalatasaray” (Türkiyə) - 2:2
C qrupu
PSJ (Fransa) – “Benfika” (Portuqaliya) - 3:0
“Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan) - 0:3
D qrupu
CSKA (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya) - 3:2
“Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya) - 1:3
E qrupu
“Bazel” (İsveçrə) – “Şalke” (Almaniya) - 0:1
“Styaua” (Rumıniya) – “Çelsi” (İngiltərə) - 0:4
F qrupu
“Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0
“Borussiya” (Dortmund, Almaniya) – “Marsel” (Fransa) -3:0
G qrupu
“Zenit” (Rusiya) – “Avstriya” (Avstriya) - 0:0
“Porto” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) - 1:2
H qrupu
“Seltik” (Şotlandiya) – “Barselona” (İspaniya) - 0:1
“Ayaks” (Hollandiya) – “Milan” (İtaliya) - 1:1