Bakıda keçirilən şahmat üzrə "Çempionların savaşı" turniri başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, rapid və blits oyunlarının nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.