Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Tərlan-2025" birgə PUA təliminin planlaşdırma konfransı keçirilib
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" saylı hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə "Tərlan-2025" birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Tərlan-2025" birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.
Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.
Daha sonra Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək birgə təlimə dair bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
"Dron - Pilotsuz uçuş aparatı (PUA)" teqi üzrə xəbərlər
- PKK özünü niyə ləğv etdi? - Yalçın Sarıkaya Oxu.Az-ın suallarını cavablandırıb
- Türkiyədə hədəfi güdərək dəqiq zərbə endirən yeni PUA sınaqdan çıxarılıb
- Pakistan ordusu Hindistanın 12 pilotsuz uçan aparatını vurub
- Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: "Pəncərədən uzaqlaşın"
- Kiyevə raket və dronlarla kütləvi hücumun NƏTİCƏLƏRİ