Çili xəstəxanalarının birində cərrahlar əməliyyat zamanı Portuqaliya və Çili yığmaları arasında keçirilən Konfederasiyalar Kubokunun yarımfinal matçını izləyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə National Helm nəşri yazır.
Həkimlər oyundan sonrakı penalti zərbələri seriyasında Çili millisinin qapıçısı Klaudio Bravonun “seyvi” nə sevinirlər. Görüntülər Çilidə böyük qalmaqala səbəb olub. Ölkə deputatı Karla Rubilar həkimləri sərt tənqid edib və hadisə bağlı ciddi araşdırma aparılmasını tələb edib.
Xatırladaq ki, dünən, iyunun 28-də keçirilən matçda Çili yığması Portuqaliya millisini penalti zərbələri seriyasında məğlub edib. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb.
S.B.
www.oxu.az