İngiltərəli hücumçu Ceydon Sanço İtaliyanın "Yuventus" klubu ilə razılığa gəlib.
Məlumata görə, İtaliya mediası bu barədə xəbərlər paylaşıb.
Paylaşılan xəbərlərdə bildirilir ki, "Mançester Yunayted" rəsmiləri Ceydon Sançonun keçidinə razılıq veriblər.
Futbolçu ilə ikiillik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Ceydon Sanço 2023/24 mövsümündə "Borussiya Dortmund" klubunda icarə əsasında çıxış edib.
Mənbə: Livescore.com
Rəylər